"Şəhidlər Unudulmur" adlı dəyirmi masa keçirilmişdir

Bu gün məktəbimizdə 20 Yanvar facəsinin 27-ci ildönümünə həsr olunmuş "Şəhidlər Unudulmur" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə müdiriyyət, müəllimlər və şagirdlər iştirak etmişlər. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin tarix müəllimi Hüseynov Anar tədbirdə geniş məruzə ilə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat verdi. Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söylənildi. Şagirdlər dünyanın bu faciəyə verdiyi qiymətdən danışdı. Hal - hazırda bir çox məktəblər 20 Yanvar faciəsi şəhidlərinin adını daşıyır. Nəsimi rayonu S. Poladi adına 159 N -li tam orta məktəb də bu məktəblərin sırasındadır. Poladi Saleh Əliqulu oğlu bu məktəbin məzunu olmuş, Yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda şəhid olmuşdur.Tədbirin sonunda "20 Yanvar - Qanlı Yanvar" adlı sənədli film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi