Ə.Əlibəylinin “ İlan və qurbağa” təmsilinin təhlili keçirilmişdir

Şagirdlərin mütaliə marağını artırmaq, müxtəlif mövzular və janrlarda yazılmış əsərlər haqqında müstəqil fikir yürütmək bacarığını fornmalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə məktəbimizin kitabxanasında mütəmadi olaraq müzakirə, debat xarakterli tədbirlər keçirilir Hər hansı bir sənətkarın yaradıcılığının ideya- bədii xüsusiyyətlərini araşdırmaq , mövzu və ideya oxşarlığı olan əsərləri təhlil etmək müəyyən janr haqqında dolğun təsəvvür əldə etmək üçün ədəbiyyat fənnin tədrisi zamanı vaxtaşırı kitabxananın xidmətlərindən istifadə olunur. Bugün belə dərslərdən biri 5 A sinfinin iştirakı ilə keçirildi. Dərsin mövzusu Ə.Əlibəylinin “ İlan və qurbağa” təmsilinin təhlili idi. Şagirdlər əsərin mövzu və ideyasını müəyyənləşdirdilər, obrazları səciyyələndirərək çıxardıqları nəticələri söylədilər. Təmsil janrında yazılmış digər əsərlərlə tanış olub, müqayisələr apardılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi