"Narkomaniyaya yox deyək" devizi altında keçirilmiş tədbir.

Aprel ayının 27-də Saleh Poladi adına 159 N-li tam orta məktəbdə “Narkomaniyaya yox deyək” devizi altında geniş tədbir keçirildi. Tədbir biologiya müəllimləri İsmixanova Səbirə və Bağırova Sabirə tərəfindən hazırlanmışdır. Tədbirdə müəllimlər, şagidlər və valideyn komitə sədrləri iştirak edirdi. Bildiyimiz kimi, yeniyetmə və şagirdlər arasında zərərli vərdişlərə yiyələnmə halları geniş yayılmışdır. Ona görə də bu mövzu haqqında söhbətlərin aparılması, maariflənmə işi geniş aparılmalıdır. Tədbir 3 hissədən ibarət idi. Birinci hissə siqaret çəkməyə, alkoqolizmə qarşı, üçüncü hissə isə narkotik maddələrdən istifadəyə həsr edilmişdir. Hər bir hissə haqqında video filmlərdən istifadə edilərək nümayiş edildi. Tədbirin sonunda məktəbin direktoru Vahid müəllim çıxış etdi və belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi