12 dekabr ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

Nəsimi rayonu S.Poladi adına 159 nömrəli məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Müəllim, şagird kollektivi Ulu öndərin qəbrini ziyarət etmişdilər. Məktəb üzrə bütün siniflərdə divar qəzetləri “12 dekabr-Heydər Əliyevin anım günü”nə həsr olunmuşdur. Eyni zamanda tədbirlər silsiləsi çərçivəsində təşkilat saatları keçirilib. 8-11-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi baş tutub. 12 dekabr-ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədər məktəbdə “Bir ömrün izi ilə” adlı tədbir keçirilib. Tədbirdə Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Vahid Xəlilov, tədris işləri üzrə direktor müavini Hökümə Camalova, tərbiyyə işləri üzrə direktor müavini Nərminə Aşurova, valideynlər, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbir zamanı Ulu öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunub. Şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər səsləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi