“Narkomaniya – bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirilmişdir

Narkomaniya ilə mübarizə məqsədi ilə uşaq və yeniyetmələrin məlumatlandırılması və maarifləndirilməsinin vacibliyindən, sağlam gənclərin yetişdirilməsi məqsədilə bu gün Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 № tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəis köməkçisi Polis palkovniki – leytenant Vüsal Rüstəmov, bölmənin inspektorları Faiq Sayadlı və İldırım Salahov, İcra Hakimiyyətinin Narkotika ilə Mübarizə Komissiyasının katibi Vəfa Həsənbəyli iştirak ediblər. Qonaqları təqdim etdikdən sonra məktəbin direktoru Vahid Xəlilov tədbiri açıq elan etdi. Çıxışlarda narkotikanın insan orqanizminə, sağlamlığa,mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib. Narkomaniya cəmiyyətin düşmənidir. Tədbirdə əyani vasitələr geniş istifadə edilib, sənədli film göstərildi, həmçinin rəsm sərgisi, plakatlar, kitab sərgisi təşkil olunub, sonra şagirdlərlə diskussiya aparılıb. Diskussiyada müəllimlər, valideynlər fəal iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi