Şagirdlər Fəxri Xiyabanı ziyarət etmişlər

"7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində və eyni zamanda şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə məktəbdə müntəzəm olaraq tədbirlər keçirilir. 
Bu gün məktəbin məzunu olmuş, şəhidlik zirvəsinə ucalan  XTQ Kapitanı Nurlan Mustafayevin şəhidlik olmasının 2-ci ildönümüdür. Məktəbin 3Ç sinfi Şəhid Nurlan Mustafayevin adını daşıyır. Həmin sinfin şagirdləri və rəhbərlik Fəxri Xiyabanda anım mərasimində iştirak etmişlər. Şagirdlər mərasimdə şeirlər söyləmiş, böyük ehtiramla bütün şəhidlərimizi yad etmişlər. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi