Uşaq hüquqlarına həsr olunmuş "Sən və hüquqların" adlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2016-cı il tarixləri ölkəmizdə "Uşaq hüquqları aylığı" elan olunub. Aylıq çərçivəsində bu gün Nəsimi rayonu 159 №-li tam orta məktəbdə "Sən və hüquqların" adlı tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Xalid müəllim, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Faiq müəllim və valideynlər iştirak etmişdir. Tədbirdə qeyd olundu ki, Uşaq Hüquqları Konvensiyası 54 maddədən və 4 fəsildən ibarətdir, buna əsaslanaraq tədbir iştirakçıları 4 qrupa bölünmüşdür hər bir qrupla fərdi iş aparılmışdır. Tədbirdə maraqlı slaydlar, mahnılar nümayiş olundu, mövzuya uyğun rəsm sərgisi təşkil olunmuşdur. Tədbirin sonunda gələn qonaqlar çıxış edərək iştirakçılara öz minnətdarlığını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi