"Ən fəal oxucu" müsabiqəsi

“ Ən fəal oxucu” müsabiqəsiAprelin 15-də 159 nömrəli tam orta məktəbdə şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılması və mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı növbəti tədbir “Ən fəal oxucu ” müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin 5,6 və 7-ci sinif şagirdlərinin şifahi təqdimatı dinlənildi. Məktəblilər çıxışlarında mütaliənin faydası, onların həyatındakı rolu barədə düşüncələrini bölüşdülər. Azərbaycan və dünya ədəbiyyatından oxuduqları bədii əsərlərin qəhrəmanlarına ayrı-ayrı obrazlara münasibət bildirdilər, ideya və tərbiyəvi əhəmiyyəti haqqında danışdılar. Məktəbin dərs hissə müdiri və fənn müəllimlərindən ibarət münsiflər heyəti hər çıxışdan sonra öz rəylərini bildirilərək tövsüyələrini söylədilər.Tədbirin sonunda məktəbin dərs hissə müdiri N.Camalova müsabiqə iştirakçılarını fəallıqlarına görə təbrik etdi. Qaliblər diplomlarla təltif edərək fəaliyyətlərində daha böyük uğurlar əldə etməyi arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi