"Dalğalan, mənim bayrağım" adlı tədbir keçirilmişdir

Bugün Nəsimi rayonu S.Poladi adına 159 №- li tam orta məktəbdə 9 Noyabr - Dövlət bayraq gününə həsr olunmuş "Dalğalan, mənim bayrağım" adlı tədbir keçirilmişdir. Tədbirdə Dövlət himni səsləndirilmişdir, sonra məktəbin tarix müəllimi Şirəliyev Vüsal Bayraq gününə həsr olunmuş geniş məruzə ilə çıxış etmiş, müəllim heyəti və şagirdləri Bayraq günü münasibəti ilə təbrik etmişdir. Sonra şagirdlərin ifasında Vətənə, bayrağa, torpağa həsr edilmiş şeirlər, mahnılar səsləndirilmişdir. Tədbirin sonunda videofilm nümayiş etdirildi. Tədbir Bayraq mahnısı ilə yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi