“ Yol hərəkəti qaydaları” mövzusunda tədbir keçirilmişdir

07.11.2016 – cı il tarixində 2 A sinfində Mehdiyeva Firəngiz müəllimin təşəbbüsü ilə “ Yol hərəkəti qaydaları” adlı tədbir dərsi keçirilmişdir. Dərs həm fəal dərsin mərhələlərinə uyğun yerinə yetirilmiş, həm də tədbir xarakteri daşımışdır. Dərsdə məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri iştirak etmişdir.Dərs maraqlı motivasiya ilə başladı. İlk dəfə yolların salınması, ilk nəqliyyat vasitələrinin yaranması, yol hərəkəti qaydalarının yaranması tarixinə aid maraqlı slaydlar nümayiş etdirildi. Uşaqların yol nişanları haqqında ətraflı təqdimatları dinlənildi. Sonra yol hərəkəti qaydalarına aid Cırtdanın cizgi filmi nümayiş etdirildi.Dərs həm də yüksək vətənpərvərlik ruhunda keçdi. Bütün yol hərəkət qaydalarına nəzarət edən yol polislərimiz də yada salındı. Bir sözlə çox maraqlı və öyrədici dərs oldu. Dərsin sonunda məktəbin direktoru müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi