”Müstəqilliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilmişdir

Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 № -li tam orta məktəbdə Dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş ”Müstəqilliyə gedən yol” adlı dəyirmi masa keçirilib. 9-cu sinif şagirdləri Müstəqilliyimizin 25 illiyinə həsr edilmiş təqdimatlarla çıxış etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Xəlilov V.Ə açdı. O, öz çıxışında qeyd etdi ki,1991-ci il oktyabr ayının 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib. 25 il bundan öncə həmin sənədin qəbul edilməsi ilə Azərbaycanın müstəqilliyi bərpa edildi. Məktəbin direktoru Xəlilov V.Ə müəllim və şagird kollektivini 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi. Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Aşurova N.F, Tarix fənni üzrə metod birləşmə sədri Əhmədova X, müəllimlər, məktəbin psixoloqu iştirak etmişdir. Şagirdlərin çıxışlarından sonra dəyirmi masada iştirak edən şagirdlər öz fikirlərini bildirdilər, Azərbaycana, vətənə, müstəqilliyə həsr olunmuş fikirlər səsləndi. Çıxışlardan sonra tədbirin sonunda “18 Oktyabr- Müstəqillik günü“ adlı sənədli film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi