Şagirdlərimiz Təhsil sərgisində iştirak ediblər

07.10.2016 - 08.10.2016 tarixlərində Bakı şəhəri S.Poladi adına 159 № -li tam orta məktəbin şagirdləri Bakı Expo Mərkəzində "Caspian Event Organisers” şirkətinin təşkilatçılığı və Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər. Əsasən məktəblilərdən ibarət olan ziyarətçilərə yeni innovativ layihələr, mübadilə proqramlarında iştirak imkanları barədə məlumat verilib, bakalavriat, magistratura və doktorantura təhsili, eləcə də ikinci ali təhsil ilə bağlı suallar cavablandırılıb. Sərgi iştirakçıları stendlərə baxış keçirərək müxtəlif universitet nümayəndələri ilə bilavasitə ünsiyyət qurub, bu ali təhsil müəssisəsi ilə bağlı onları maraqlandıran müxtəlif məsələlər haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi