"Vətən torpağı əzizdir mənə" mövzusunda keçirilmiş tədbir

Nəsini rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 15 iyun 2016-ci il tarixində “ Milli Qurtuluş Günü münasibətilə “ Vətən torpağı əzizdir mənə “ mövzusunda tədbir keçirilmişdir. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri nümayiş etdirilmişdir. Tədbir dövlət himni ilə başlamış və məktəbin şagirdləri Səmədzadə Samir, Sadıqova Mədinə, Səmədzadə Jalə, Səfərova Aydan, Qafarlı Murad və Qasımova Dilarə vətənpərvərlik mövzusunda şerlər səsləndirmişlər. Məktəbin şagirdi İsa Abdullazadənin ifasında “ Qurban olum Azərbaycan” mahnısı səslənmiş və rəqs qrupu iştirak etmişdir. Sonra zabitlər evinin əməkdaşları Leyla Qəhrəmanova, Elçin Məmmədov və Vüsal Ağayevin ifa etdikləri “ Dahi insan” və “Azərbaycan “ mahnıları tədbir içtirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təbrik edərək bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə böyük siyasətə qaydışı Azərbaycan tarixində yeni eranın bünövrəsini qoydu. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Gülarə Verdiyeva, Milli Məclisin Deputatı Nəsimi rayon Yeni Azərbaycan Partiyasının sədri Məlahət İbrahimqızı , Bakı Şəhər Təhsil İdarəsinin Böyük məsləhətçisi Böyükağa Əhmədov, Bakı şəhər Təhsil İdarəsinin metodistləri, Nəsimi rayon məktəb direktorları, Həzi Aslanov adına Zabitlər evinin əməkdaşları və valideynlər iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi