Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş tədbir

Ulu öndər Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbin tarix müəllimləri – Quliyeva Nərgiz, Əhmədova Xəyalə, Şirəliyev Vüsalın iştirakı ilə tədbir keçirildi. Tədbirdə 159 №-li tam orta məktəbin direktoru Xəlilov Vahid, təlim-tərbiyə işləri üzrə direktor müavini Camalova Hökumə, tərbiyə işləri üzrə direktor müavini Aşurova Nərminə, tarix müəllimi Şirəliyev Vüsal Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti ilə bağlı geniş məlumat verdilər. Sonra Ulu öndərin 1990-cı ilin iyul ayında Azərbaycana qayıdışı, Naxçıvandakı fəaliyyəti eləcə də, Heydər Əliyevin xalqın təkidli dəvəti ilə 1993-cü ilin iyun ayında böyük siyasətə qayıdışı və sonrakı fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Çıxışdan sonra şagirdlərimiz Ulu öndərə həsr olunmuş şeirlər söylədilər və Heydər Əliyevin həyatı ilə bağlı videoçarxı izlədilər. Tədbirin sonunda məktəbin direktoru Xəlilov Vahid Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, daxili və xarici siyasəti haaqında geniş məruzə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi