Ulu öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş “Hərəmizə bir ağac əkək” devizi altında keçirilmiş iməcilik

Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı məktəbin içərisində və həyətində müəllimlər, şagirdlər və valideynlərin iştirakı ilə abadlıq işləri aparıldı. Məktəbin həyətində ağaclar, güllər əkildi. Ağacların dibi belləndi, ağaclar ağardıldı. Məktəbin müəllim, şagird və valideynləri böyük sevinclə, ruh yüksəkliyi ilə çalışdılar. Təbii güllərdən ibarət gül kompozisiyası düzəldildi. Kompozisiyada milli arnamentlərdən istifadə olunub. Buta şəklində güllər əkilib. Çoxlu sayda qızılgül kolları, dekorativ ağaclar əkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi