Novruz şənliyi

Mart ayının 16-da 159 N-li tam orta məktəbdə Novruz şənliyi keçirildi. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Təravət Məmmədovanın rəhbərliyi ilə VI sinif şagirdləri hazırlamışdılar. VIc sinif şagirdləri Firuzə Paşazadə “Bahar qız”, Məhəmməd Orucov “Kosa”, Fərid Qədirov “Keçəl” obrazlarını canlandırdılar. Novruz bayramının ayrılmaz atributları olan “Kosa” və “Keçəl” öz məzəli hərəkətləri və söhbətləri ilə şənliyə xüsusi əhval-ruhiyyə qatdılar. Qızların Vətənin abadlaşması, çiçəklənməsi mövzusunda söylədikləri haxışdalar ifa edilmiş mahnılar və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Şagirdlər xalqımızın daha gözəl və xoşbəxt günlərə qovuşması ilə bağlı alqışlar söylədilər. Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov Novruz bayramının xalqımızın tarixindəki adətlərdən danışaraq tədbir iştirakçılarını bu münasibətlə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi