"İlyas Əfəndiyevin nəsr əsərlərinin müzakirəsi"

Mart ayının 16-da Bakı şəhəri 159 nömrəli tam orta məktəbdə dil və ədəbiyyat müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə İlyas Əfəndiyevin nəsr əsərlərinin müzakirəsi keçirildi. Məktəblilər mütaliə etdikləri hekayə və romanların qısa məzmununu danışaraq həmin əsərlərin mövzu və ideyası, obrazlar aləmi, dil-üslub xüsusiyyətləri haqqında fikirlər söylədilər. Tədbirdə həmçinin "Söyüdlü arx" və "körpüsalanlar" romanlarından müxtəlif epizodlar səhnələşdirilərək nümayiş etdirildi. Tədbirin sonunda məktəbin məktəbin direktoru V.Xəlilov çıxış edərək şagirdlərin mütaliə mədəniyyətinin yüksəldəlmisən, onların şifahi nitqinin inkişafında və müsbət mənəvi keyfiyyətlərə yiyələnməsində bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi