“20 yanvar- uşaqların gözü ilə”

20 yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirlər planı hazırlanıb,təsdiq olunmuşdur. Plana əsasən silsilə tədbirlər keçirilib.

Məktəbdə fəaliyyət göstərən “ Kiçik Akademiya”nın üzvləri tərəfindən “ Tariximizi unutmayaq” adlı tədbir keçirilmişdir. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, təqdimatlar, məruzələr oxundu. Məktəbin foyesində foto və kitablardan ibarət guşə, “20 yanvar- uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunmuş, həmçinin inşa yazı müsabiqəsi keçirilmişdir. İbtidai siniflər arasında “20 yanvardan -30 il keçib” adlı şeir müsabiqəsi təşkil olunmuşdur. Müsabiqənin sonunda məktəbimizi bitirmiş 20 yanvar 1990-cı ildə Qara yanvar şəhidi olan Poladi Saleh Əliqulu oğlunun məktəbdə yerləşdirilmiş guşəsinin önündə əklil qoyulmuş və xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, eyni zamanda Şəhidlər xiyabanına ziyarət olunmuşdur. Qeyd edək ki, məktəb üzrə bütün təşkilat saatları, aylıq sinif divar qəzetləri  20 yanvar faciəsinə həsr olunmuşdur. Məktəbdə 1-ci dərs saatları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməklə başlanmış, müəllimlər xüsusi dərslər təşkil etmişdilər. Sonda məktəbin akt zalında konfrans təşkil olunmuşdur. Konfransın yekununda məktəbin direktoru 20 yanvar faciəsi haqqında geniş məruzə ilə çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi