Məktəbdə Mülki Müdafiə günü keçirilib

28 aprel tarixində Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə müəllimlərin, şagirdlərin, texniki işçilərin və valideynlərin iştirakı ilə məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Vahid Xəlilov müəllimlərə, şagirdlərə, texniki işçilərə və valideynlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranmasının zəruriyyəti, inkişaf tarixi, əhəmiyyəti və yarandığı vaxtdan etibarən sülh və müharibə dövründə gördüyü işlər haqqında məlumat verdi. Məktəbin Mülki Müdafiə Qərargah rəisi Hökumə Camalova tədbir iştirakçılarına Azərbaycan Respublikasında Mülki Müdafiə şöbə və bölmələrin yaranma tarixi, Fövqəladə Hallar Nazirliyinin yaranmasının zəruriliyi və inkişaf tarixi haqqında, şəhər və rayonlarda Mülki Müdafiə şöbə və bölmələrinin yerlərdə fəaliyyəti barədə məlumat çatdırdı. Respublikamızda baş verən təbii fəlakətlərin törətdiyi fəsadlar nəticəsində yaranan fövqəladə hallarda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə şöbə və bölmələrinin gördüyü xilasetmə işləri haqqında məlumat verdi. Tədbirin sonunda məktəbin hərbi rəhbəri Qənbər Məmmədov tərəfindən Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbin müəllimlərinə, şagirdlərinə, texniki işçilərinə və valideynlərə Kütləvi Qırğın Silahlarından Mühafizə və Sənaye Qəzaları zamanı əhalinin davranış qaydaları izah olundu. Ümumqoşun Mühafizə Kostyumunun və Əleyhqazın təyinatı, Ümumqoşun Mühafizə Kostyumu plaş və kombinezon növündə, QP- 5, PDF- 7 və DP- 6M tipli Əleyhqazın geyinilməsi nümayiş etdirildi, İPP-8 və Aİ-2 fərdi apteçkələri göstərilmiş və istifadə qaydaları izah olunmuşdur. Məktəbdə Yanğın komandası verilmiş, Yanğın komandası ilə siniflərdəşagirdlərin təxliyyəsi və yaradılmış yanğınsöndürənlər komandası vasitəsi ilə yanğının söndürülməsi nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi