6-cı sinif Fizika dərsliyinin müzakirəsi ilə bağlı keçirilmiş elmi-praktiki konfrans

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri baxımından 6-cı sinifdə fizika fənninin tədrisi zamanı qarşıya çıxan çətinliklər, problemlər və onların aradan qaldırılması yolları mövzusunda 159 №-li tam orta məktəbdə 27 aprel tarixində elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Nəsimi rayonunda işləyən fizika müəllimləri və riyaziyyat fənninin metodbirləşmə sədrləri iştirak etdilər. Konfransda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika və texnologiya fakultəsinin dekanı - Murquzov Mirzəli İsmayıl oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin metodisti - Abdulrazaqov Rasim Rəşid oğlu, Metodiki mərkəzin metodisti - Qəmərli Faiq Mahmud oğlu, Metodiki mərkəzdə əməkdaş - Məmmədova Sitarə Müzəffər qızı, Metodiki mərkəzdə əməkdaş - Musayeva Sədaqət Mehdi qızı, “Təhsil problemləri” qəzetinin şöbə müdiri - Hümmətov Əşrəf Əli oğlu 6-cı siniflərdə fizikanın tədrisi ilə bağlı geniş müzakirələr apardılar. Kitab müəllifləri fizika müəllimlərini maraqlandıran suallara geniş və ətraflı cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi