"Valideynin məktəbdə bir günü"

Məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi keçirilmişdir. İlk öncə valideynlər məktəbin iclas zalına toplaşdılar. Direktor öz çıxışında qeyd etdi ki, bu layihə müəllim - valideyn əməkdaşlığını möhkəmləndirir, valideynlərə isə imkan yaradır ki, övladları oxuyan məktəblə yaxından tanış olsunlar. Məktəbin rəhbərliyi öz çıxışlarında görülən işlərin hesabatını verərək məktəbin əldə etdiyi uğurlardan, tədbirlərdən, maraqlı layihələrdən söz açdı. Direktor Vahid Xəlilov, direktor müavinləri Camalova Hökümə və Aşurova Nərminə Sağlam Sosial Emosional Mühitin formalaşdırılması mövzusunda çıxış etdilər.
Sonra valideynlər dərslərdə iştirak etdilər. Layihənin sonunda iclas zalına toplaşan valideynlər öz çıxışlarında vurğuladılar ki, həqiqətən də bu layihəni çox bəyənirlər, onlar bu gün burda iştirak etdikcə tədris prosesinə, məktəbin bir günlük həyatına canlı şahid oldular. Valideynləri maraqlandıran suallara məktəbin rəhbərliyi cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi