21 fevral-Beynəlxalq Ana Dili Günüdür

   Məktəbimizdə  Beynəlxalq Ana Dili Günü qeyd olunmuşdur. Tədbirdə çıxış zamanı ana dilinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

    1999-cu ilin noyabrında keçirilmiş YUNESKO –nun baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana dili günü elan edilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu yaxşı qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində,  mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı,  tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurtmağa imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi