Biz Heydər Əliyev irsini öyrənirik

     Məktəbimizdə 12 dekabr-ümummilli  lider Heydər Əliyevin  anım günü ilə əlaqədar silsiləli şəkildə tədbirlər davam edir.  2J sinif müəllimi Röya Qəniyevanın rəhbərliyi ilə şagirdlər Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin əməkdaşları məruzələrində ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən bəhs etdilər.

   2E sinif müəllimi Aynurə Babayevanın rəhbərliyi ilə şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.

     Məktəbimizin 8-ci sinif şagirdi Nəbiyeva Zəhra rayon orta ümumtəhsil məktəbliləri arasında  “Heydər Əliyev –müstəqilliyimizin xilaskarı, dövlətçiliyimizin memarı” mövzusunda keçirilmiş inşa  yazı müsabiqəsində fərqləndiyinə görə  Yasamal  Rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov tərəfindən  Fəxri Fərmanla    təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi