Heydər Əliyev və Azərbaycan

        Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı məktəbimizdə anım mərasimi keçirildi. Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, sonra ulu öndər Heydər Əliyevin  əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edildi.

        Məktəbin 11-ci sinif şagirdi Həcər Zülfüqarova mərasimdə ümummilli liderin zəngin həyat və fəaliyyətindən, onun gördüyü böyük işlərdən söhbət açdı. Dahi şəxsiyyətə həsr olunan şeirlər, aforizmlər, mahnılar səsləndi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Cəfərova mərasimdə çıxış edərək bildirdi ki, Azərbaycanın otuz  ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Məktəbin direktoru Təranə Paşayeva ümummilli liderin  siyasi  xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ulu öndərin anım gününün ümumxalq  məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin  Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğuladı.

        Çıxışlardan sonra mərasimdə ulu öndər Heydər Əliyevin  həyat və fəaliyyətindən , Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən video-çarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi