Keçmişimizi unutmayaq!

Məktəbimizdə 31 mart  Azərbaycanlıların  soyqırımı ilə bağlı tədbir keçirildi.  Mart soyqırımı haqqında məktəbin direktoru T.Paşayeva, təlim-tərbiyə işləri üzrə  direktor müavini B.Əbilova, tərbiyə işləri üzrə (təşkilatçı) direktor müavini  M.Cəfərova, tarix metodbitləşmənin sədri E. Məmmədova mövzu haqqında tədbir iştirakçılarına  ətraflı məlumat verdilər. Sonra şagirdlər öz çıxışlarında xüsusilə qeyd etdilər:  Mart soyqırımı – 1918-ci ilin 30 mart və 3 aprel  tarixləri arasında  Bakı şəhərində  və  Bakı quberniyasının bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər  ərazilərdə Bakı  Soveti  və daşnak  erməni silahlı  dəstələrinin  azərbaycanlılara qarşı  törətdikləri qırğın. Rəsmi  mənbələrə əsasən  soyqırımın  nəticəsində 12 minə  yaxın  azərbaycanlı qətlə  yetirilmiş, on minlərlə insan itkin  düşmüşdür.  1919 və 1920-ci ilin mart ayının  31-i iki dəfə Azərbaycan Xalq  Cumhuriyyəti  tərəfindən  ümummilli  matəm günü  kimi qeyd edilmişdir.  Azərbaycan Prezidenti  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  sərəncamı ilə 31 mart Azərbaycanlıların  Soyqırımı Günü  elan  edilmişdir. 

Tədbirin  sonunda  videoçarx  nümayiş  olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi