20 Yanvar - Azadlığa gedən yolun zirvəsi!

“20 Yanvar - Azadlığa gedən yolun zirvəsi!” məktəbimizdə müəllim, şagird və valideynlərin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  sovet qoşun birləşmələrinin Bakıya hücum etməsi,  milli aqzadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində  yüzlərlə günahsız insanın  qətlə yetirilməsi və yaralanması barədə  danışıblar. 4 “A” sinif müəllimi Nərgiz Həsənovanın rəhbərliyi ilə şagirdlərin hazırladıqları “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi!” mövzusunda  ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına bir daha sübut etdi ki, 20 Yanvar hadisəsini təkcə faciə, hüzn günü kimi qiymətləndirmək olmaz. Tədbirin sonunda  20 Yanvar  faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi