Milli Qəhrəmanlarımız and yerimizdir!

20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi  mövzusunda  dəyirmi masa keçirildi. Məktəbimizdə tərbiyə işləri üzrə  direktor müavini  Mətanət Cəfərovanın rəhbərliyi ilə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi ilə bağlı  dəyirmi masa təşkil olundu. Məktəblilərə daha geniş məlumat verildi. Ölkəmizin müstəqilliyi uğrunda  mübarizədə  canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlərin çıxışları onların vətənə olan məhəbbətinin güclü olduğunu göstərdi və bu günü onlar təkcə hüzn kimi deyil, həm də şagirdlər Azərbaycan xalqının mübarizliyini göstərən  bir gün kimi qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi