NARKOMANİYA ÜMUMBƏŞƏRİ BƏLADIR

    Müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə nəinki dövlətin, həmçinin bu dövlətdə yaşayan hər bir fərdin borcudur.Çünki bu elə bir bəladır ki, hər bir fərdin özünün və yaxud da özünə yaxın olan bir insanın başına gözlənilmədən gələ bilər.

    F. Rzayev adına 150 nömrəli tam orta məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Anar Süleymanov, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi, polis-polkovnik-leytenantı Faiq Bədəlov çıxış edərək şagirdlərə narkomaniya bəlası haqqında ətraflı məlumat verdilər. Şagirdləri  maraqlandıran suallar cavablandırıldı.Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi