SON ZƏNG

    Faiq Rzayev adına 150 nömrəli tam orta məktəb “Son zəng” tədbirini Dövlət himninin səslənməsi ilə başladı. Sonra məktəbin direktoru Sevda Əliyeva çıxış edərək “Təhsili millətin gələcəyi kimi” yüksək qiymətləndirən ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, “Yeniləşən Azərbaycana yeni məktəblər” proqramının müəllifi, Azərbaycanın I xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı. Məktəbin 2017-2018-ci tədris ili ərzində qazandığı uğurları və qarşıda duran vəzifələri qeyd etdi. XI sinif şagirdləri bir-birindən gözəl çıxışları ilə hər kəsi heyran etdi. Şən mahnılar isə tədbiri daha da coşdurdu. Tədbirin qonağı Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi məktəbdə görülən işləri müsbət dəyərləndirdi və məzunları təbrik etdi. Həmçinin məktəbimizin iki müəllimini fəxri fərmanla təltif etdi. Sonda “Son zəng” sədaları altında məktəbin açarı birincilərə təhvil verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi