До свиданья, первый класс!

    05.06.2018-ci il tarixində məktəbimizin rus bölməsinin 1C sinif şagirdlərinin "До свиданья, первый класс!" adlı tədbiri keçirildi. Tədbirin açılışında sinif rəhbəri Vüsalə Ramazanova çıxış edərək şagirdləri təbrik etdi. Bu bir ildə şagirdlərinin qazandıqları nailiyyətlərə görə onları diplomla təltif etdi. Tədbirdə məktəbin direktoru, müəllim və şagirdləri iştirak etdilər. Daha sonra 1C sinif şagirdlərinin hazırladıqları müxtəlif səhnəciklər, rəqslər, mahnılar, şeirlər nümayiş etdirildi. İzləyicilər tərəfindən maraqla qarşılanan tədbirin sonunda məktəbin direktoru Sevda xanım çıxış edərək şagirdləri ürəkdən təbrik etdi və onlara növbəti tədris ilində müvəffəqiyyətlər arzuladı.Sonda şagirdlərin bir il ərzində çəkilmiş xatirə şəkillərindən ibarət olan slayd izləyicilərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi