BEYNƏLXALQ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ

     YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.

     Bu tarixi günün əhəmiyyətini şagirdlərə aşılamaq məqsədi ilə məktəbimizin ibtidai sinif müəllimləri və şagirdləri  İçərişəhərdə ekskursiyada oldular. Şagirdlər Azərbaycan memarlığının inciləri olar Şirvanşahlar sarayı, Qız qalası, Karvansaray kimi tarixi abidələrlə yaxından tanış oldular. Həmçinin ziyarət etdikləri tarixi abidələrin mühafizəsi barəsində maarifləndirildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi