"OXU" TƏDBİRİ KEÇİRİLDİ

       19.04.2018-ci il tarixində məktəbimizdə "Oxu" tədbiri keçirildi. "Kitab oxu" şüarı altında keçirilən tədbirin əsas məqsədi şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasına nail olmaqdır. Tədbirdə şagirdlərimiz kitab oxumağın faydalarını söylədikləri aforizmlər və şeirlərlə ifadə etdilər. Həmçinin müxtəlif əsərlərdən olan obrazları canlandırdılar. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairə Reyhan Kənan tədbirimizin qonağı oldu. Şairə çıxış etdikdən sonra müəllifi olduğu kitablarını imzalayaraq şagirdlərə təqdim etdi. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi