20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirildi

    17 yanvar 2020-ci tarixində məktəbin musiqi müəllimi Zibeydə Həbibullayeva və kitabxana müdiri Məhəbbət Dəmirovanın təşkilatçılığı, 7"A" sinfinin iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə açılan tədbirdə ilk öncə şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra hazırlanmış kompozisiya təqdim olundu. 1990-cı ilin 20 yanvarını bir qəhrəmanlıq salnaməsi kimi göz önündə canlandırmağı bacaran şagirdlər, şəhidlər haqqında söylədikləri şeirlər, oxuduqları mahnılar ilə hər kəsi duyğulandırdılar. Xüsusi ilə hər şəhid haqqında hazırlanmış kiçik məruzə və təqdimatlar çox maraqlı idi. Tədbirin sonu “Qalx-qalx ulu torpaq” mahnısının şagirdlərin ifasında səslənməsi ilə yekunlaşdı.

   1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Onların əziz xatirəsini anmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi