21 fevral Beynəlxalq Ana dili günü

21.02.2020-ci il tarixdə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Dilimiz varlığımızdır” adlı tədbir keçirildi. Şagirdlərin, məktəb kollektivinin və valideyn icmasının iştirak etdiyi tədbir Azərbaycan himninin səslənməsi ilə başladı. Tədbirdə şagirdlər qeyd etdilər ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir və böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizi göz bəbəyi kimi qoruyub, daim qayğı ilə əhatə etməliyik. Tədbirdə ana dilimizin müqəddəsliyini əks etdirən mahnılar ifa olundu, görkəmli xadimlərin dilimiz haqqında söylədikləri müdrik kəlamlar söylənildi, şagirdlər tərəfindən hazırlanmış video çarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi