"Tariximizin unudulmayan anları"

30 il.......3 onillik........Bu, tarix üçün bir andır. Ancaq insan üçün bir ömürdür. 1990-cı ildən sonra 30 illik bir həyat yaşadıq. Bu gün azadıq, müstəqilik, öz torpaqlarımızın sahibiyik. Bunun üçün o günlərə-1990-cı ilin qanlı yanvar günlərinə, bu günümüz üçün qurban gedən şəhidlərimizə borcluyuq.

Hər bir il olduğu kimi, bu il də anım günü təntənə ilə qeyd olunur. Məktəbin bütün kollektivi də bu təntənənin içindədir. Müəllim və şagird kollektivinin hazırladığı tədbirlər, şeir gecələri, ədəbi-bədii kompozisiyalar, şəhidlər xiyabanına ziyarətlər bir daha sübut edir ki, o günlərin şahidi olmayan gənc nəsil də, o günələri yaşayan yaşlı və orta nəsil də tökülən qanlara, verilən canlara ehtiramla yanaşır. Azad, müstəqil həyatımız üçün canından keçənlərin ruhu qarşısında baş əyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi