Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi

Məktəbdə 1 mart Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi.

Məktəb üzrə Mülki Müdafiə qərargah rəisi N.Cəbrayılovanın rəhbərliyi ilə müəllimlər Ə.Əzizov, F.Mollaquliyeva və şagirdlər tərəfindən Mülki Müdafiə ilə bağlı sərgi təşkil olundu.

5-ci və 6-cı siniflərdə məktəbin direktoru P.Abbasova, müavin N.Cəbrayılova və həkim K. Səlimova uşaqlara "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" və ilk yardım haqqında geniş məlumat verdilər.

 Direktor müavini G.Hüseynovanın rəhbərliyi ilə məktəbin ibtidai siniflərində də sərgi təşkil olundu və Mülki Müdafiə Günü ilə bağlı şagirdlər məlumatlandırıldılar.

Yarana biləcək fövqəladə hallara hazır olmaları, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi haqqında şagirdlərlə söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi