20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir

Yanvarın 17-də məktəbin akt zalında 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar… Unutmadıq! Unutmayacağıq!” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın himninin səsləndirilməsi ilə açıq elan olunub.

3 “B” sinif şagirdləri əvvəlcə dəvət olunan müəllim və şagirdlərə 20 Yanvar gecəsində baş verən hadisədə şəhid olanlar, yaralananlar və sıradan çıxarılan texnika ilə bağlı statistik məlumatları çatdırıblar.

Sonra həmin gecənin dəhşətini əks etdirən kadrlar “Şəhid qızıyam!” mahnısının fonunda göstərilib. Şagirdlərin ifasında Qara Yanvara həsr olunmuş şeirlər səsləndirilib.

“Ana, mən şəhid oldum” mahnısının müşaiyəti ilə böyük ekranda həmin gecə şəhid olanların siyahısı nümayiş etdirilib.

2 “E” sinif şagirdlərinin ifasındakı “Əsgər marşından” sonra hərbi formada səhnəyə çıxan uşaqlar öz arzu və istəklərini dilə gətiriblər və 3 “Ə” sinif şagirdi Yağmur Məmmədova “Yaşa Azərbaycan” şeirini səsləndirib.

Sonda üçüncülər dalğalanan üçrəngli bayrağın fonunda “Hər əmrinə hazıram mən, Cənab Ali Baş Komandan” deyərək “Can Azərbaycan” mahnısını ifa ediblər.

Məktəbin direktoru P.T.Abbasova tədbirin sonunda bu günün əhəmiyyətini vurğulayaraq şəhidlərin həmişə qəlbimizdə yaşayacağını qeyd edib, şagirdlərə və əməyi keçən müəllimlərə öz təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi