1 dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü

QİÇS nədir? QİÇS-Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar ki, bu xəstəliklər də sonda ölümlə nəticələnir.
Qeyd edək ki, 1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” kimi qeyd olunur.Bu tarix ictimaiyyətin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.
Bu gün məktəbdə “1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi. Maarifləndirmə xarakteri daşıyan tədbirdə Binəqədi Rayon Polis idarəsinin 7-ci Polis bölməsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili üzrə inspektoru Polis kaoitanı E.Əsədov məktəbin tərbiyə işlər üzrə direktor müavini K.Mirzəliyeva və X sinif şagirdləri iştirak edirdi. Çıxış edənlər, “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü “ olduğunu qeyd edərək, şagirdlərə bu xəstəliyin yaranma səbəbləri, törətdiyi fəsadlar və qorunma üsulları barədə ətraflı məlumat verdilər.Görüşdə həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edildi, QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışıldı. Tədbirdə eyni zamanda QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olundu.
Bu cür tədbirlərin təşkil olunmasında əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.