Qori Seminariyasında təhsil alan Azərbaycan maarifçiləri

  Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqogikasının görkəmli nümayəndələrinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif, mədəniyyət və incəsənət carçıları! Bəli, bu şəxsiyyətlər vaxtilə "Qori müəllimlər Seminariyası"nın məzunları olmuş Azərbaycan maarifçiləridir.

    Bu gün məktəbin tarix müəllimi M.Əsgərovanın rəhbərliyi ilə “Qori müəllimlər Seminariyasında təhsil alan Azərbaycan maarifçiləri” adlı Dəyirmi masa təşkil olundu. Mədinə müəllim öz çıxışında bu tədris ocaqlarının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olduğunu qeyd etdi, bu seminariyaları bitirmiş məzunların böyük əksəriyyətinin Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərdiklərindən, xalq kütlələri arasında savad yayaraq onları cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışdıqlarından bəhs etdi.Onu da qeyd edək ki, 9c sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər mövzuya dair əldə etdikləri maraqlı məlumatlardan ibarət təqdimatlar hazırlamış, video-çarx da nümayiş etdirmişlər.

    Tədbirdə eyni zamanda, şagirdlərin təqdimatında  Qori müəllimlər Seminariyasını bitirmiş  Azərbaycan ziyalılarının şəkillərindən ibarət fotostendin nümayişi də maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi