Qarabağın tarixi abidələri

QARABAĞ  AZƏRBAYCANDIR VƏ NİDA! “ 

                                                                    Ilham Əliyev

  Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan Qarabağ  Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Bu diyar ölkəmizin ən qədim və gözəl guşələrindən biri olmaqla yanaşı, Azərbaycan poeziya və musiqisinin  beşiyidir.

  QARABAĞ--qədim Azərbaycan torpağı, sivilizasiyaların ilk mərkəzlərindən biridir. Bu fakt Azıx, Tağlar mağarası və s. kimi arxeoloji tapıntılarda da öz əksini tapmışdır.

  Məktəbin tarix müəllimi M.Əsgərovanın rəhbərliyi ilə 7a sinfində “ Qarabağın tarixi abidələri” adlı sinif təşkilat saatı keçirildi. Mədinə müəllim əvvəlcə Qarabağın ümumi tarixinə nəzər salaraq, xronoloji ardıcıllıqla “Qarabağ” adının etimologiyasından tutmuş, Qarabağ müharibəsinə kimi olan tarix barədə məlumat verdi. Sinif saatında daha sonra mövzuya dair cıxışlar dinlənildi. Şagirdlər Qarabağ ərazisində yerləşən tarixi abidələr- Şeyx Yaqubun (XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h. t. 1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi və s.haqqında hazırladıqları təqdimatları, rəsm işlərini və videoçarxı təqdim etdilər. Sinif təşkilat saatı faydalı və səmərəli keçdi.

   Bu  gün işğal altında olan Qarabağ ərazisində Azərbaycan abidələrini dağıdılır, yandırılaraq məhv olur. Bunun üçün hər birimiz cəmiyyət olaraq əlimizdən gələni əsirgəməməli, milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Damarında azərbaycanlı qanı axan hər kəs bu haqsızlığa susmamalı, bu haqda ciddi düşünməlidir. Unutmayaq ki, dağılmış kəndləri, şəhərləri bərpa etmək, maddi ziyanı ödəmək olar, amma itirilmiş mədəniyyəti, yaralanmış mənəviyyatı qaytarmaq, sağaltmaq mümkün olmur...

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi