Yol hərəkəti qaydalarına riayət edək!

Qeyd edək ki, məktəbdə Yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir, şagirdlərlə maarifləndirmə xarakterli görüşlər təşkil olunur.
Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi ilə 5b sinfində “Yol qaydalarına riayət edək!” adlı sinif təşkilat saatı keçirildi. Şagirdlər mövzuya dair bir-birindən maraqlı təqdimatlar hazırlamışdılar. Sinif təşkilat saatında yol hərəkəti nişanları, yerüstü və yeraltı, eləcə də piyada keçidlərindən istifadə qaydaları haqqında məlumatlar verildi, bu qaydalara riayət olunmamasının yarada biləcəyi fəsad və təhlükə halları haqqında danışıldı, geniş fikir mübadiləsi aparıldı. Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında mövzuya həsr olunmuş səhnəciklər nümayiş olundu, şerlər söylənildi, mahnılar ifa olundu. Şagirdlərin işıqforun rənglərinə uyğun geyimlərdə olması, eləcə də sinif otağının bu rəngli şarlarla bəzədilməsi tədbirə ayrı maraq qatdı. Sonda yol hərəkət qaydalarını izah edən videoçarx nümayiş olundu.