Sağlam həyat tərzinin xüsusiyyətləri

    Bu gün məktəbin akt zalında şagird və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği, düzgün qidalanmanın faydasından bəhs edən “Sağlam həyat tərzinin xüsusiyyətləri”  adlı tədbir keçirildi.Tədbirdə həkim C.Babayeva, UBR Turanə İbrahimova, psixoloq Səbinə Orucova və IX-XI sinif şagirdləri iştirak edirdi.

    Tədbirdə çıxış edənlər ilk olaraq sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artmasının orqanizmə göstərdiyi mənfi təsirdən dolayı sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etməyin vacibliyini vurğuladılar. İştirakçılar daha sonra sağlam həyat tərzinin ilkin şərtlərindən olan düzgün qidalanma, zərərli vərdişlərdən uzaq olma, gigiyenik qaydalara əməl etmək və s. mövzular barədə danışdılar. Cıxış edənlər həmçinin müsbət fikirlər və nikbin əhvali-ruhiyyənin, eləcə də beyin qidalanmasının sağlamlıq üçün əhəmiyyətli olduğunu da qeyd etdilər. Tədbirdə mövzuya dair video-çarx da nümayiş olundu. Sonda şagirdlər onları maraqlandıran mövzulara dair sullar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi