Məktəbdaxili fənn olimpiadaları keçirildi

Noyabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq respublika fənn olimpiadasının ilkin mərhələsi olan məktəbdaxii fənn olimpiadası keçirildi. Olimpiada məktəbin VIII, IX, X və XI sinif şagirdlər arasında təşkil olunmuşdu. Məktəbdə olimpiadanın şəffaf, obyektiv və tələb olunan səviyyədə, eləcə də Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün təşkilat komitələri yaradılmış, bütün lazımi tədbirlər görülmüşdür. Azərbaycan dili və ədəbiyyat, coğrafiya, tarix, informatika, kimya, biologiya və fizika fənləri üzrə təşkil olunan bilik yarışında 65 nəfər şagird iştirak edirdi. Xatırladaq ki, qalib olan şagirdlər olimpiadanın növbəti- rayon mərhəlsinə vəsiqə qazanacaqlar.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
Olimpiada iştirakçısı olan bütün şagirdlərimizə uğurlar arzulayırıq!