" Bizim həyət" layihəsində iştirak

Bildiyimiz kimi artıq uzun müddətdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi təşkil olunur.
Layihə çərçivəsində növbəti tədbir Binəqədi rayonunda keçirildi. Görüşdə Leyla Əliyeva, Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları, sakinlər və məktəblilər iştirak edirdilər. Təşkil olunan tədbirdə eyni zamanda bizim məktəb də təmsil olunurdu. Belə ki, aksiyada psixoloq S.Orucovanın rəhbərliyi ilə məktəbin IX və X sinif şagirdlərindən ibarət komanda da iştirak edirdi. Şagirdlərimiz tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında fəal iştirak etdilər.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.