20 NOYABR-ÜMUMDÜNYA UŞAQ HÜQUQLARI GÜNÜ

Bildiyimiz kimi, 20 noyabr-"Ümumdünya Uşaq Hüquqları günü" kimi qeyd olunur.Xatırladaq ki, "Ümumdünya Uşaq Hüquqları günü" 1954-cü ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən tövsiyə olunan bayramdır. Onu da qeyd edək ki, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.1998-ci ildə isə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib.
20 noyabr tarixi bayram olaraq, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da, qeyd edilir. Elə bu səbəbdən də məktəbin ingilis dili müəllimi Aynur Əliyevanın rəhbərliyi ilə 8c sinfində “Hüquqlarımzı öyrənək!” adlı Dəyirmi masa təşkil olundu. İlk öncə müəllim şagirdləri bu əlamətdar gün münasibətilə təbrik etdi, daha sonra "Ümumdünya Uşaq Hüquqları günü"nün yaranma tarixi haqda söz açaraq, bu sənədin qəbul edildiyi 20 noyabr tarixinin hər il dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunduğunu vurğuladı. Müəllim həmçinin, şagirdlərə "Uşaq Konvensiyası”nın məqsədi, eləcə də "Azərbaycan Respublikasının Konstitusiyası"nda, "Uşaq Hüquqları haqqında Qanun"da və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə də məlumat verdi.Tədbirdə iştirak edən şagirdlər uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönələn mövzuları əks etdirən təqdimatlarını təqdim etdilər. Şagirdlər çıxışlarında o cümlədən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da həyata keçirdiyi sosial layihələr, gördüyü dəyərli işlərin uşaqların inkişafına, rifah hallarının yüksəldilməsinə xidmət etdiyini xüsusi vurğuladılar.
Tədbirdə mövzuya dair videoçarx nümayiş olundu.
Uşaqlar bizim sabahımızdır! Cəmiyyət olaraq hər birimiz uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün bütün gücümüzü səfərbər etməliyik!