ÖLKƏMİZİ TANIYAQ

Xatırladaq ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində,onların Azərbaycanımızın tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində mühüm rol oynayan və artıq ənənə halını alan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları təşkil olunur.
Qeyd edək ki, aksiya çərçivəsində keçirilən layihəyə Binəqədi rayon məktəbləri də qoşulub. Elə bu səbəbdən də Binəqədi rayon İcra Hakimiyyətində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşən Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirildi.Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, məktəb direktorları, valideynlər və tur iştirakçıları iştirak etdirdilər. Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimi E. Abdullayev ölkədə keçirilən tur-aksiyaların önəm və mahiyyətinin olduqca böyük olduğunu bildirməklə yanaşı, bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı gəncləri müxtəlif yüksək vəzifələrə təyin edildiyini, bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirdi.
Bizim məktəbi “Ölkəmizi tanıyaq” layihəsində məktəbin X sinif şagirdi Elvira Nağıoğlu və məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva təmsil edirdi.
Səfər çərçivəsində məktəblilər Azərbaycanın şimal-qərb bölgəsini gəzəcək, bu rayonların tarixi maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə olunan nailiyyətlər barədə ətraflı bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.
Xatırladaq ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.