Komandamızın qələbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsil” RİM 8 №li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yüngül atletika idman növü üzrə məktəblər arasında Respublika çempionatı keçirilmişdir. Yarışlarda bizim məktəbi müvafiq təlimata uyğun olaraq tərkibi 6 nəfərdən ibarət komanda heyəti ( 6a və 6c sinif şagirdləri ) təmsil edirdi. İştirakçılar yüngül atletika idman növü üzrə ( qaçış növləri, tullanmalar, atmalar, çoxnövçülük və idman yerişi) keçirilən yarışlarda maraqlı oyun nümayiş etdirərək, Binəqədi rayonu ümumtəhsil məktəbləri arasında I yerə layiq görüldülər. Qazandıqları qələbə üçün Komandamız yarış təşkilatçıları tərəfindəm diplom və kubokla təltif olundular.
Bu münasibətlə məktəb direktoru Q.Sultanova komanda üzvlərini təbrik etdi, əldə olunan qalibiyyətin böyük uğur göstəricisi olduğunu vurğuladı və onlara növbəti mərhələdə müvəffəqiyyətlər arzuladı.