12 NOYABR -AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ

Demokratik bir ölkənin inkişaf etməsinin başlıca təminatı onun Konstitusiyasıdır.Cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında Konstitusiya əsas vasitədir.
Bu gün məktəbdə “ 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya günü” nə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Məktəbin Azərbaycan dili müəllimi H.Həsənova və tarix müəllimi M.Əsgərovanın təşkilatçılığı ilə 5b sinif şagirdlərilə birgə ““Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”” mövzusunda disput aparıldı. Tədbirdə Müstəqil Azərbaycanın dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyanın dövlətçilik tariximizdə yeni mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırıldı. Bu ali qanunvericilik aktının qəbulu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirildi. Çıxış edənlər Konstitusiyamızda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, eləcə də ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin öz əksini tapmasından bəhs etdilər. Tədbir çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş videoçarx da nümayiş olundu.Sinif saatında eyni zamanda məktəbin digər fənn müəllimləri də iştirak edirdi.