BAYRAQ MƏNLİYİMDİR,BAYRAQ KİMLİYİM!

Bayraq qələbə sevincimizdir - Vətənimin zəfər günündə göylərə yüksəldilir..
Bayraq qəm sirdaşımızdır - məmləkətimin kədər, hüzn anlarında endirilir..
Bayraq qürur duyduğumuz nişanədir - dövlətin varlığını dünyada sübut edir..
Məktəbdə şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə “9 Noyabr-Dövlət Bayraq Günü” ilə əlaqədar bir-birindən maraqlı silsilə tədbirlər təşkil olundu. Belə ki,mövzuya dair müxtəlif siniflər üzrə sinif təşkilat saatları, mühazirə, disput, inşa yazı müsabiqəsi, məktəbdaxili idman yarışları keçirildi. Eləcə də "Dəyirmi masa"lar və ədəbi-bədii kompozisiyalar təşkil edildi, şagirdlərin əl işləri ibarət rəsmlər sərgiləndi, fotostend nümayiş olundu. Bu gün isə bu tədbirlərin yekunu olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyevanın təşkilatçılığı və məktəbin 5b sinif şagirdlərinin iştirakı ilə məktəb həyətində möhtəşəm “Bayraq yürüşü” təşkil olundu.Üzərində “Bir kərə yüksələn bayraq, bir daha enməz” yazılan bu bayrağın nümayişi özünəməxsusluğu ilə seçilirdi. Tədbirdə məktəbin 2b sinif şagirdləri də maraqlı kompozisiya nümayiş etdirdilər.
Məktəb kollektivi olaraq " 9 Noyabr-Dövlət Bayraq Günü" münasibətilə hər kəsi təbrik edir, xalqımıza əmin-amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayırıq!
Qoy,yenilməz Azərbaycan bayrağı daim başınızın üzərində məğrur dalğalansın!
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm. (B.Vahabzadə)