Azərbaycan bayrağına həsr olunmuş ədəbi-bədii kompozisiyalar

      Bayraq-dövlətin rəmzi, müstəqilliyin atributudur.Bayraq, habelə xalqın qürur mənbəyi,onun özünütanıtma və özünüifadə formasıdır.

      Məktəbdə” 9 Noyabr Dövlət Bayraq Günü”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam etməkdədir.Belə ki, bu gün məktəbin ibtidai sinif müəllimləri Ş.Novruzova, L.Əzəmmədova, T.Kərimova və Ü.Vahidovanın rəhbərliyi və 2a,2b,3a və 3c sinif şagirdlərinin iştirakı ilə siniflər üzrə “9 Noyabr Dövlət Bayraq Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil olundu.Keçirilən tədbirlərdə şagirdlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər , mahnılar ifa etdilər.Şagirdlərin bir qrupunun hərbi geyimdə olması, eyni zamanda sinif otaqlarının bayraqlarla və bayrağın rəmzi rənglərində olan şarlarla bəzədilməsi tədbirlərə əsl vətənpərvərlik ruhu aşıladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi